Alça bağlarında dəhşətli xəstəlik yayıldı
Alça bağlarında dəhşətli xəstəlik yayıldı
Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz.
Axar.az Yeni info.az xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib.
Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər:
"Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi".
Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.
"Mənim 500-dən çox göyçə ağacım var. Hər ağacda 1-2 kiloqram məhsul olar, ya olmaz. Keçən il buna nisbətən daha yaxşı idi. Bu il məhsulumuz həddindən artıq zəifdir", - deyə digər fermer bildirib.
Havanın yağıntılı keçməsi səbəbindən alça bağlarında xəstəlik də yayılıb. Nəticədə meyvələr elə vəziyyətə düşüb ki, onların bazara çıxarılması mümkün deyil.
Subsidiya da ala bilməyən fermerlər ciddi ziyana düşdüklərini qeyd edirlər:
"Əvvəllər bizə subsidiya verirdilər. Müəyyən miqdarda xərclərimizi ödəyirdi. Amma bir ildir ki, kəsilib. Həddindən artıq xərc çəkirik və onu geri qaytara bilmirik".
Mütəxəssislər belə vəziyyətdə ziyanın qarşılanması üçün fermerlərə bağların əvvəlcədən sığortalanmasını tövsiyə edirlər.







Oxşar -Yeniinfo.az
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə görüşdü
Kürdəmirdə dəmiryol stansiyası fəaliyyətə başladı
Kartla ödəniş edənlərə pis xəbər
Alça bağlarında dəhşətli xəstəlik yayıldı
Ağciyərləri gücləndirən qidalar hansılardır?
Ali Məhkəmədən alqı-satqı müqavilələri ilə bağlı vacib açıqlama
İlham Əliyev Əhməd Əl Şaraa ilə görüşdü
Sarımsağı bu cür saxlamaq lazımdır - 2 il təzə qalacaq