Aleksandr Vuçiç bu gün Bakıya gəlir
Aleksandr Vuçiç bu gün Bakıya gəlir
Serbiya Prezidenti Aleksandr Vuçiç mayın 17-18-də Azərbaycanda səfərdə olacaq.
Yeni info.az Report-a istinadən xəbər verir ki, bu barədə Serbiya Prezident Administrasiyasının Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Serbiya dövlət başçısı Bakı şəhərində keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştirak edəcək.
Açılış mərasimindən sonra A.Vuçiç BMT-nin yüksək vəzifəli rəsmilərinin, aparıcı qlobal şirkətlərin nümayəndələrinin, eləcə də davamlı inkişaf sahəsində fəaliyyət göstərən dünya miqyaslı vətəndaş cəmiyyəti aktorlarının çıxışlarında iştirak edəcək.
Serbiya prezidenti dövlət və hökumət başçılarının qatıldığı forumun əsas hissəsi çərçivəsində çıxış edəcək. A.Vuçiçin həmçinin forum iştirakçıları və yüksək vəzifəli şəxslərlə bir sıra görüşləri planlaşdırılır.







Oxşar -Yeniinfo.az
İranla razılaşdıq, Hörmüz boğazı açıq qalacaq - Tramp
ABŞ və İran razılaşmanın detallarını nə vaxt elan edəcək?
ABŞ xəbərdarlıq etdi: Rusiyadan kütləvi hücum gözlənilir
Putin artıq bunu gizlədə bilmir: Moskvalılar şokdadır...
Ukrayna Rusiyaya güzəştə getməyə hazırdır - Çernev
Rusiya bu şəhəri “Oreşnik”lə vurdu
Kiyevə dəhşətli hücum: ölü və yaralılar var
Pakistanda qatar partladıldı: 24 ölü, 50 yaralı