Alimlər itlərin insanın qorxusunu necə anladıqlarını öyrəniblər
Alimlər itlərin insanın qorxusunu necə anladıqlarını öyrəniblər
Neapolun II Federiko Universitetinin alimləri müəyyən ediblər ki, ev itləri insan qorxusunu qoxu vasitəsilə aşkar etməyə və ona davranış dəyişikliyi ilə reaksiya verməyə qadirdirlər.
Alimlərin apardıqları eksperimentin nəticələri "Popular Science" jurnalında dərc olunub.
Alimlər izah edirlər ki, qorxu stres hormonları olan adrenalin və kortizolun ifraz olunması ilə müşayiət olunur, bu da nəfəsin və tərin kimyəvi tərkibini dəyişir.
İtlər bu dəyişiklikləri inkişaf etmiş iybilmə qabiliyyəti sayəsində aşkar edə bilirlər. Onların təxminən 220 milyon iybilmə reseptoru var, insanda isə bu rəqəm təxminən beş milyondur.
Bundan əlavə, heyvanlara feromonları və digər kimyəvi siqnalları qəbul edən vomeronazal orqan kömək edir.







Oxşar -Yeniinfo.az
Ərdoğanın bu görüntüləri müzakirə yaratdı
“Şərtlər dəyişdi” – ABŞ-dan ziddiyyətli açıqlamalar gəlir
Trampın Putinə şəxsi rəğbətinin səbəbi budur – Simonyan
Zelenski Kiyevdəki hadisədən sonra hərəkətə keçdi
ABŞ-ni tənqid etdi
ABŞ qüvvələri İran gəmisinə atəş açdı
ABŞ İran gəmisini ələ keçirdi
Samoa sahillərində güclü zəlzələ oldu