Alimlər kainatın yeddi milyard il əvvəlki temperaturunu müəyyən ediblər
Alimlər kainatın yeddi milyard il əvvəlki temperaturunu müəyyən ediblər
Yaponiyalı astronomlar kainatın yeddi milyard il əvvəl mövcud olmuş temperaturunu yüksək dəqiqliklə müəyyən ediblər.
Tədqiqatın nəticələrinə əsasən, müəyyən edilib ki, o vaxt kainat indikindən təxminən iki dəfə daha isti olub.
Hesablamalar üçün Çilidə yerləşən ALMA (Atakama Böyük Millimetr/Submillimetr Anten Şəbəkəsi) radioteleskopunun məlumatlarından istifadə edilib.
Bu, dünyanın ən böyük radioteleskop kompleksidir və dəniz səviyyəsindən 5 000 metrdən çox yüksəklikdə, kosmosun dərinliklərindən zəif siqnalları xüsusi dəqiqliklə qeyd etməyə imkan verən quru havanın olduğu Atakama səhrasında yerləşir.
Alimlər uzaq qalaktikanın mərkəzində yerləşən və son dərəcə parlaq enerji mənbəyi olan kvazarın işığını təhlil ediblər. İşıq spektrindəki dəyişikliklər Böyük Partlayışdan sonra formalaşmış kosmik mikrodalğalı fon radiasiyasının temperaturunu hesablamağa imkan verib. Bu temperatur 5.13 K (kelvin - mütləq sıfırdan 5.13 dərəcə yuxarı) müəyyən edilib. Müqayisə üçün bugünkü mikrodalğalı fonun temperaturu 2.7 K-dir ki, bu da təxminən -270.45 dərəcəyə bərabərdir.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...