Telefon
WhatsApp
Alimlər yeni hörümçək növü aşkar ediblər
300 X 250 Reklam Alanı

Alimlər Avstraliyanın şimal-şərqindəki tropik meşələrdə əvvəllər elmə məlum olmayan və qarışqaları öz düzəltdiyi "katapult" vasitəsilə ovlayan hörümçək növü aşkar ediblər.

Oxu.Az Yeni info.az xəbər verir ki, bu barədə ABC yayım korporasiyası avstraliyalı bioloqların tədqiqatlarına istinadən məlumat yayıb.

Yeni növ hörümçək qədim Roma atıcı silahının şərəfinə qeyri-rəsmi olaraq "ballista hörümçək" (ballista spider) adlandırılıb. O, bu adı qeyri-adi ov üsuluna görə alıb: hörümçək gərilmiş ipək tellərdən mürəkkəb tələ qurur və bu tələyə düşən ovu sözün əsl mənasında havaya atır.

Alimlərin bildirdiyinə görə, bu hörümçək yalnız aqressivliyi və inkişaf etmiş kollektiv müdafiə instinkti ilə tanınan yaşıl ağac qarışqalarını ovlayır. Ehtimal edilir ki, yırtıcı qarışqaları bu tora cəlb etmək məqsədilə xüsusi feromonlar ifraz edir.

Makkuori Universitetinin alimləri Kvinslend ştatının şimalında on gün ərzində müşahidələr aparıb, yüksəksürətli və infraqırmızı kameraların köməyi ilə bu unikal ov mexanizmini qeydə alıblar. Ovdan əvvəl hörümçək bir neçə saat ərzində yarpaqlara, budaqlara və ya meşə döşənəyinə bərkidilmiş onlarla gərilmiş teldən konusvari konstruksiya qurur. Tələyə qarışqa düşən kimi konstruksiya katapult kimi işə düşür və ovu 30 santimetrdən çox məsafəyə, hörümçəyin əsas toruna atır.

Tədqiqatçıların sözlərinə görə, bu, elmdə məlum olan, yalnız bir növ ov üçün nəzərdə tutulmuş və yırtıcının özü tərəfindən deyil, qurbanın toxunuşu ilə işə salınan ilk tor nümunəsidir.

Qeyd edək ki, yeni növ hörümçək hələ rəsmi elmi ad almayıb. Alimlər onu Avstraliyada və Cənub-Şərqi Asiyada yayılmış "Propostira" cinsinə aid edirlər.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150