Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnsan beyninin ən yüksək potensiala çatdığı yaşla bağlı yeni araşdırma aparılıb.
Yeni info.az Musavat.com-a istinadən xəbər verir ki, Avstraliya və Polşadan olan psixoloqların “İntelligence” jurnalında dərc olunan araşdırmasına görə, insanın intellekti, şəxsiyyət xüsusiyyətləri və emosional zəkanın birgə formalaşdırdığı kompleks psixoloji yetkinlik 55–60 yaş arasında zirvəyə çatır.
Tədqiqatçılar müxtəlif psixoloji göstəriciləri vahid indeksdə birləşdiriblər. Məlum olub ki, hər qabiliyyət fərqli yaş dövründə maksimum səviyyəyə yüksəlir. Yeni problemləri həll etməyə imkan verən düşüncə çevikliyi təxminən 20 yaşda pik həddə çatır. Toplanmış biliklər 60 yaşadək artır, emosional zəka əsasən 40 yaşlarda zirvəyə yüksəlir, maliyyə savadlılığı və mənəvi düşüncə isə 60–70 yaş arasında ən yüksək səviyyəyə çatır.
Bütün bu göstəricilər vahid indeksdə birləşdirildikdə isə ən yüksək nəticə 55–60 yaş dövrünə təsadüf edib.
Araşdırmada maraqlı bir nəticə də ortaya çıxıb. Belə ki, 85 yaşlı insanın ümumi göstəricisi 18 yaşlı gəncin nəticəsinə yaxın olsa da, bunun səbəbi tamamilə fərqlidir. Gənclərdə üstünlük düşüncə çevikliyində olduğu halda, yaşlı insanlarda müdriklik, həyat təcrübəsi və emosiyalara nəzarət ön plana çıxır.
Alimlərin qənaətinə görə, ən mürəkkəb və məsuliyyətli qərarların qəbulu üçün ideal yaş 40–65 yaş aralığı hesab olunur. Bu dövrdə insan həm kifayət qədər çevik düşüncəyə, həm də zəngin həyat təcrübəsinə malik olur.







Oxşar -Yeniinfo.az
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər
Azərbaycanda Sİ məktəblərdə tədris olunacaq?
İran bu ölkələri hədələdi