Alkis Drakinos: Orta Dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır
Alkis Drakinos: Orta Dəhliz Avropa və Asiya arasında yeni ticarət ekosistemi formalaşdırır
Orta Dəhliz boyunca ticarətin inkişafından yalnız Mərkəzi Asiya deyil, həm də Avropa faydalanır.
Bunu Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Cənubi Qafqaz üzrə regional direktoru Alkis Drakinos XIII Qlobal Bakı Forumu çərçivəsində keçirilən Cənub-Şərqi Avropa və Transxəzər regionunun biznes sammitində bildirib.
Onun sözlərinə görə, ticarətə, enerjiyə və infrastruktura artan tələbat dünya bazarlarındakı konyunktur dəyişikliklərindən asılı olmayaraq, Orta Dəhlizin inkişafına davamlı tələb yaradır:
"Mərkəzi Asiyada demoqrafik bum müşahidə olunur. Oradakı cəmiyyətlər çox gəncdir. İqtisadiyyatlar daha çox istehsal edir və ehtiyaclar da artır. Bununla yanaşı, ticarətdən yalnız Avropa faydalanmır. Avropa İttifaqı ölkələri təkcə enerji kimi resursları almır, həm də öz məhsullarını regionun sürətlə artan əhalisinə satırlar. Beləliklə, davamlı bir tendensiya formalaşır - ticarət həcmləri artır və uzunmüddətli perspektivdə bu marşrutun inkişafı özünü tam doğruldacaq".
Onun fikrincə, seçimi olan bazar iştirakçıları üçün bir marşrutdan və ya bir logistik imkandan asılı olmamaq qat-qat yaxşıdır: "Nəqliyyat variantlarının bütöv bir ekosistemi mövcud olduqda, əsl dayanıqlılıq mənbəyi də məhz budur".







Oxşar -Yeniinfo.az
İran Təl-Əvivdə dron zavodunu vurdu
Pakistanda daşqınlar: 45 nəfər öldü
Novorossiyskə zərbə endirilir
Hörmüz heç vaxt əvvəlki statusuna qayıtmayacaq - SEPAH
Pilotun xilası əməliyyatı: İranın itkiləri üzə çıxdı
Ukrayna bu 4 şəhərə 24 saatdır ardıcıl hücum edir
Əməliyyat bitdi, ABŞ zərbələrə davam edir
İrandan Trampa cavab: Açarlar güldanın altındadır!