Almaniya ABŞ-dan 3,5 milyard dollarlıq raketlər alacaq
Almaniya ABŞ-dan 3,5 milyard dollarlıq raketlər alacaq
ABŞ prezidenti Donald Tramp administrasiyası və ABŞ Dövlət Departamenti Almaniyaya 173-ə qədər zenit raketinin satışını ilkin mərhələdə razılaşdırıb.
Bu barədə Bloomberg məlumat yayıb.
Paketə ümumi dəyəri təxminən 3,5 milyard dollar olan əlavə avadanlıq da daxildir.
ABŞ Müdafiə və Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyi (DSCA) RTX şirkətinin istehsalı olan Standard Missile 6 Block I və Standard Missile 2 Block IIIC raketlərinin satışını təsdiq edən açıqlama yayıb.
Açıqlamada vurğulanır ki, bu raketlər Almaniyaya “inteqrasiya olunmuş hava hücumundan və raket hücumundan müdafiə imkanları təmin etməklə mövcud və gələcək təhdidlərə cavab verməyə” kömək edəcək.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?