Almaniya hazırda Ukraynaya yeni "Patriot" sistemlərini tədarük edə bilmir
Almaniya hazırda Ukraynaya yeni "Patriot" sistemlərini tədarük edə bilmir
Almaniya Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin, xüsusilə də yeni "Patriot" komplekslərinin verilməsi məsələsində məhdud imkanlara malikdir.
Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Berlində Litvanın müdafiə naziri Robertas Kauanskas ilə birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, buna səbəb Almaniyanın bu sistemlərə özünün də ehtiyac duymasıdır.
Nazir deyib ki, Almaniya artıq öz "Patriot" sistemlərinin üçdə birindən çoxunu Ukraynaya təhvil verib və hazırda ötürülən sistemlərin əvəzinə yeni tədarükləri gözləyir.
“Daha artığını edə bilmərik, çünki özümüz də verilmiş "Patriotlar"ın əvəzinə yeni tədarükləri gözləyirik”, – deyə Pistorius qeyd edib.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq