Almaniya hibrid hücumlar fonunda müharibə ehtimalına qarşı gizli plan hazırlayıb
Almaniya hibrid hücumlar fonunda müharibə ehtimalına qarşı gizli plan hazırlayıb
Almaniyanın hərbi planlaşdırıcıları son dövrlərdə baş verən kiberhücumlar, diversiyalar və dezinformasiya kampaniyalarının yeni müharibənin başlanğıcı ola biləcəyindən narahatdır.
Bu barədə Politico nəşri məxfi hökumət sənədinə istinadən məlumat yayıb.
Məlumata görə, Almaniya genişmiqyaslı münaqişə şəraitində ölkə ərazisinin müdafiəsinin necə təşkil olunacağını əks etdirən Operativ Plan hazırlayıb. Sənəddə Almaniya hərbçilərinin Rusiya tərəfindən NATO ölkələrinə qarşı yönəlmiş fəaliyyətləri diqqətlə izlədiyi vurğulanır.
Sənəddə qeyd olunur ki, hibrid hücumlar “əsaslı şəkildə hərbi qarşıdurmaya hazırlıq mərhələsi kimi çıxış edə bilər”.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək