Almaniya iqtisadi durğunluqla üzləşə bilər - Ekspert
Almaniya iqtisadi durğunluqla üzləşə bilər - Ekspert
Almaniya hökumətinin hazırki kursu dəyişməzsə, ölkə uzunmüddətli iqtisadi staqnasiya ilə üzləşə bilər.
Bu barədə Münhendəki İfo İqtisadi Tədqiqatlar İnstitutunun rəhbəri Klemens Fuest deyib.
“Siyasətçilər özəl sektorun problemlərini həll etmirlər, əslində, onlar onları daha da ağırlaşdırırlar. Orta müddətli dövrdə vergilər və rüsumlar artacaq, çünki əks halda, məsələn, pensiya artımları artıq maliyyələşdirilməyəcək. Bu, investisiyaların daha da azalmasına və Almaniyadan kapital axınının artmasına səbəb olacaq. Nəticədə, Almaniya uzun müddətli durğunluq dövrünə qədəm qoya bilər. Artıma qayıdışın təminatı yoxdur", - Fuest "Süddeutsche Zeitung" qəzetinə verdiyi müsahibədə bildirib.
O hesab edir ki, Merz indiyə qədər iqtisadi siyasətdəki əsas çətinlikləri müzakirə etməkdən yayınıb.







Oxşar -Yeniinfo.az
AB Türkiyəyə görə Yunanıstana xəbərdarlıq etdi
Rusiya başa düşsün ki, buna cəhd etmək... - Rutte
Putin çıxılmaz vəziyyətə düşüb, mənfi nəticələri...
Çindən NATO-ya: Münasibətini dəyiş, bundan imtina et!
Xankəndiyə növbəti köç karvanı yola salındı
Sazişi pozsalar, ağır zərbə vuracağıq - Qalibaf
Ağ Ev: ABŞ və İran hələ danışıqlara başlamaq planlarını yekunlaşdırmayıb
Vens ABŞ-İran anlaşma memorandumunun imzalanma mərasimində iştirak etməyəcək