Almaniya miqrasiya siyasətini sərtləşdirib
Almaniya miqrasiya siyasətini sərtləşdirib
Bundestaqın bugünkü iclasında Almaniyanın miqrasiya siyasəti ilə bağlı qanuna bir sıra dəyişikliklər edilib.
Dəyişiklərə əsasən hökumətin miqrasiya siyasəti daha da sərtləşdirililib. Hökumət bundan sonra Bundesratın təsdiqinə ehtiyac olmadan ölkələri “təhlükəsiz mənşə ölkələri” kimi təsnif edə biləcək və bununla da həmin ölkələrdən gələn şəxslərin deportasiyası daha da asanlaşacaq. Hökumət bu addımla əsassız sığınacaq müraciətlərinin qarşısını almağı və Miqrasiya və Qaçqınlar İdarəsində (BAMF) prosedurların sürətləndirilməsini hədəfləyir. Yeni qaydalara görə, təhlükəsiz mənşə ölkələrindən gələnlərin ərizələri daha çox “açıq-aşkar əsassız” kimi qiymətləndiriləcək.
Qanun layihəsinə hökumətdə yer alan partiyalarla yanaşı, Almaniya üçün Alternativ Partiyası (AfD) dəstək verib, Yaşıllar və Sol partiya isə etiraz edib. Eyni paket çərçivəsində deportasiya edilə biləcək şəxslərə dövlət hesabına vəkil təyin edilməsi hüququnun ləğvi də planlaşdırılır. Bundan əlavə, vətəndaşlığa qəbul zamanı qəsdən yanlış məlumat verən şəxslər üçün on illik qadağa tətbiq ediləcək.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?