Almaniya mühüm hərbi gücə çevrilir - Stoltenberq
Almaniya mühüm hərbi gücə çevrilir - Stoltenberq
Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır.
Yeni info.az-a Axar.az xəbər verir ki, bunu NATO-nun keçmiş baş katibi Yens Stoltenberq "Der Şpigel" jurnalına müsahibəsində deyib.
"Bu, düzgün istiqamətdir və mən bunu alqışlayıram", – deyə Stoltenberq Almaniyanın NATO-da yeni rol qazanacağı ilə bağlı fikirlərə münasibət bildirərkən qeyd edib.
O xatırladıb ki, vaxtilə Almaniya müdafiə xərclərinə görə ABŞ, Böyük Britaniya və Fransadan sonra dördüncü yerdə idi.
"Bu vəziyyət köklü şəkildə dəyişib. Almaniya mühüm hərbi gücə çevrilmək yolundadır", – deyə Stoltenberq vurğulayıb.
Onun sözlərinə görə, bu transformasiyada Almaniyanın müdafiə naziri Boris Pistoriusun da mühüm rolu olub.







Oxşar -Yeniinfo.az
Zelenski: Ukrayna Azərbaycanla müdafiə əməkdaşlığını genişləndirir
Türkiyə Rusiyadan aldığı S-400-ləri kimə satıb? - AÇIQLAMA
Ukrayna "Freya" üçün hərəkətə keçir - Zelenski açıqladı
Ukrayna Saratovdakı NEZ-i də vurdu
Ukraynada sülhə nail olmaq üçün... - Ərdoğan
Zelenski ilk dəfə Yermolayevə sui-qəsd cəhdindən danışdı
Putin yenidən bu məsələni gündəmə gətirib - "Hill"
Putin üstünlüyünün olmadığını başa düşür - Zelenski