Almaniya Rusiyaya qarşı Polşaya qırıcılar yerləşdirib
Almaniya Rusiyaya qarşı Polşaya qırıcılar yerləşdirib
Almaniya NATO-nun şərq cinahını gücləndirmək üçün bölgəyə yeni qırıcı təyyarələr və hərbçilər yerləşdirib.
Almaniyanın Müdafiə Nazirliyi, pilotlar, texniki işçilə, təhlükəsizlik qrupları və hərbi polis daxil olmaqla, Almaniya Hərbi Hava Qüvvələrindən təxminən 150 nəfərlik bir qrupun Polşaya göndərildiyini açıqlayıb.
Açıqlamada həmçinin bölgəyə əlavə olaraq, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətindəki Nörveniç HHQ bazasından bir neçə “Eurofighter” qırıcı təyyarəsinin də Polşadakı Malbork hərbi hava limanına yerləşdirildiyi bildirilir.
Almaniyanın sözügedən qüvvələri bölgəyə yerləşdirməsinin səbəbi olaraq Rusiya qırıcı təyyarələrinin Baltik dənizi bölgəsində hava məkanını pozmasının və pilotsuz uçuş aparatlarının (PUA) NATO ərazisinə daxil olmasının qarşısını almaq göstərilib.
Almaniya tərəfindən Polşada yerləşdirilən yeni bölmə və döyüş təyyarələrinin gələn ilin mart ayına qədər xidmətdə qalması planlaşdırılır.







Oxşar -Yeniinfo.az
NATO ölkəsində Zelenskiyə görə xəbərdarlıq edildi
Pezeşkian ABŞ ilə razılqda ŞƏRTLƏRİNİ AÇIQLADI
Bu ölkələr Trampın Hörmüzlə bağlı çağırışına YOX DEDİ
Türkiyə müdaxilə etməsə, Yaxın Şərq hissələrə parçalanacaq!
Tramp saatını açıqladı: ABŞ ordusu hərəkətə keçir
Onlar bizə kömək etməyəcəklər - Tramp
Çin və Rusiya ABŞ-ı geridə qoydu: Vaşinqton narahatdır
İran bunu xəyal belə etmirdi: ABŞ-ın uğursuzluqları..