Almaniyada müəyyən yaşda kişilərin hərbi tibbi müayinədən keçməsi tələb olunacaq
Almaniyada müəyyən yaşda kişilərin hərbi tibbi müayinədən keçməsi tələb olunacaq
Bundestaqdakı CDU/CSU və Sosial Demokrat Partiyası fraksiyaları yeni hərbi xidmət modeli üçün qanun layihəsi ilə bağlı razılığa gəliblər.
Bu barədə Bild qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, hakim partiyalar müəyyən yaşda olan bütün kişilərin tibbi müayinədən keçməsini tələb etmək istəyirlər. Xidmət üçün seçilənlərin isə könüllü olması gözlənilir.
Əgər Bundesverin əsgərlərinin sayının planlaşdırılan artımını ödəmək üçün kifayət qədər yeni əsgər yoxdursa, tibbi müayinədən keçən kişilər püşkatma yolu ilə işə xidmətə qəbul ediləcəklər.
Fraksiyalar bütün detalları 13 noyabrda keçiriləcək fövqəladə iclaslarda müzakirə edəcəklər.
Almaniya Müdafiə Nazirliyi 2035-ci ilə qədər Bundesverin sayını təxminən 183.000-dən 260.000-ə çatdırmağı hədəfləyir.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?