Almaniyada sərnişin qatarının relsdən çıxması nəticəsində azı üç nəfər həlak olub.
Almaniyada sərnişin qatarının relsdən çıxması nəticəsində azı üç nəfər həlak olub.
Almaniyanın cənub-qərbində yerləşən Baden-Vürtemberq federal torpağında, Ridlingen yaxınlığında sərnişin qatarının relsdən çıxması nəticəsində azı üç nəfər həlak olub.
Bu barədə DPA agentliyi yerli polisə istinadən məlumat yayıb.
“Hazırda üç nəfərin öldüyü təsdiqlənib. Onlarla sərnişin yaralanıb, bəzilərinin vəziyyəti ağırdır. Vaqonlardakı bütün sərnişinlər təxliyə edilib, lakin hazırda vaqonlar qaldırılır ki, altlarında qalanların olub-olmadığı müəyyənləşsin”, – Baden-Vürtemberqin daxili işlər naziri Tomas Ştrobil “Bild” qəzetinə açıqlamasında bildirib.
Almaniyanın kansleri Fridrix Merts hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf