Almaniyanın "Lufthansa" aviaşirkəti 100 daxili reysin ləğvini planlaşdırır
Almaniyanın "Lufthansa" aviaşirkəti 100 daxili reysin ləğvini planlaşdırır
Almaniyanın ən böyük aviaşirkəti olan "Lufthansa" yüksək vergi və rüsumlar səbəbindən 2026-cı ilin yayında həftəlik təxminən 100 daxili reysin ləğvini planlaşdırır.
Bu barədə "Lufthansa Group"un rəhbəri Karsten Şpor "Die Welt" qəzetinə müsahibəsində bildirib.
O qeyd edib ki, 2019-cu ildən bəri Almaniyada fəaliyyət xərcləri iki dəfə artıb.
"Hazırda gəlirimizin üçdə üç hissəsindən çoxunu xaricdən əldə edirik", – deyən Şpor vurğulayıb: "Əgər yerləşmə xərcləri azaldılmasa, daha çox reysin ləğvi qaçılmaz olacaq".
Şporun sözlərinə görə, Münhen–Münster/Osnabrük və Münhen–Drezden kimi marşrutlar xüsusi diqqət altındadır. "Bu marşrutlarda gündəlik zərərlə işləyirik", – deyə o bildirib. O həmçinin qeyd edib ki, "Lufthansa"nın törəmə şirkəti "Eurowings" artıq daxili reyslərin 80%-dən çoxunu ləğv edib, çünki yüksək vergi və rüsumlar səbəbindən bu reyslər gəlir gətirmir.
"Burada söhbət gələn yayda yenidən ləğv edilə biləcək təxminən 100 daxili reysdən gedir", – deyə Şpor bu tədbirlərin hansı reyslərə təsir göstərə biləcəyi ilə bağlı suala cavab verərkən bildirib. O etiraf edib ki, bu, tədbirlərdən təsirlənəcək regionlar üçün "ciddi zərbə" olacaq.
Şpor həmçinin təsdiqləyib ki, "Lufthansa" 2030-cu ilə qədər avtomatlaşdırma və rəqəmsal texnologiyaların tətbiqi hesabına 4 minə yaxın inzibati işçini ixtisar edəcək. Şirkət bu ixtisarlar vasitəsilə gəlirliliyi artırmağı və biznes strategiyasını optimallaşdırmağı planlaşdırır.
"Əvvəlcə bu, məhsuldarlığın əhəmiyyətli dərəcədə artırılmasını tələb edir. Gələcəkdə təyyarələrimiz yer üzərində, yəni gəlir gətirməyən vəziyyətdə daha az vaxt keçirəcək və əvəzində daha çox havada olacaq", – deyə Şpor sözlərini yekunlaşdırıb.







Oxşar -Yeniinfo.az
Putin Lukaşenko ilə Zelenskinin bəyanatını müzakirə edəcək
Pezeşkiana dedim ki, belə qərarları... - Vuçiç
İranın sosial şəbəkələrinə inanmayın - Vens
Almaniya Rusiya yaxınlığında hazırlığını belə gücləndirir
Rusiya Ukraynada niyə uğursuzluğa düçar olur?
Ukrayna Voronej zavodunu hansı raketlə vurub? - Müəmma
Rusiya Belarusdan hücuma keçə bilərmi? - Pivnenko
Hörmüz əvvəlki kimi olmayacaq - Qalibaf