Amerikalı yeniyetmə diş çöplərindən Eyfel qülləsi quraraq dünya rekordu qırdı
Amerikalı yeniyetmə diş çöplərindən Eyfel qülləsi quraraq dünya rekordu qırdı
ABŞ-nin İllinoys ştatının Neypervill şəhər sakini Erik Kleybl təxminən 20 min diş çöpündən 5.27 metr hündürlüyündə Eyfel qülləsinin maketini hazırlayaraq dünya rekordu müəyyənləşdirib.
Bu barədə UPI nəşrinə istinadən xəbər verir.
Məlumata görə, Erik Kleybl 2021-ci ildə 12 yaşında olarkən dondurma çubuqlarından 6 metrdən hündür qüllə inşa edərək ilk dəfə Ginnesin Rekordlar Kitabına düşüb. Daha sonra onun rekordu qırılsa da, Kleybl bu ilin oktyabrında yeni materialdan - diş çöpündən istifadə etməklə rekordunu geri qaytarıb.
O, konstruksiyanı yalnız diş çöpü və yapışqan vasitəsilə hazırlayıb. Nəticədə 5.27 metr hündürlüyündə Eyfel qülləsi maketi rəsmi şəkildə yeni dünya rekordu kimi qeydə alınıb.







Oxşar -Yeniinfo.az
Danışıqlar həm birbaşa, həm də vasitəçilər üzərindən olacaq
Avropa Hörmüz boğazı ilə bağlı niyə yardım etmədi? - Səbəbi
ABŞ və İran hansı məsələlərdə razılaşa bilər? - Kompromislər
Ukrayna münaqişəsi belə həll edilə bilməz - Lavrov
Tramp zəfər tağının layihəsini təqdim etdi
ABŞ nümayəndə heyəti danışıqlar üçün İslamabaddadır
Danışıqlar həm birbaşa, həm də vasitəçilər üzərindən olacaq - KİV
Ərdoğan Pezeşkianla danışdı: hər cür dəstəyə hazırıq