Aprelin 6-da gözlənilən hava şəraiti
Aprelin 6-da gözlənilən hava şəraiti
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində intensiv olacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Axşam mülayimləşəcək.
Havanın temperaturu gecə 10-12° isti, gündüz 12-16° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Əsasən şimal və şərq rayonlarında intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-13° isti, gündüz 17-22° isti, dağlarda gecə 3-8° isti, gündüz 13-18° isti olacaq.







Oxşar -Yeniinfo.az
İyulun 10-da gözlənilən hava şəraiti
Britaniya "Zəngəzur"dan əlini çəkdi
İyulun 9-da gözlənilən hava şəraiti
İyulun 8-də gözlənilən hava şəraiti
İyulun 6-da gözlənilən hava şəraiti
İyulun 5-də gözlənilən hava şəraiti
İyulun 4-də gözlənilən hava şəraiti
İyulun 3-də gözlənilən hava şəraiti