Arktikada sürpriz: "Metan bombası" partlamaya bilər
Arktikada sürpriz: "Metan bombası" partlamaya bilər
Alimlər aşkar ediblər ki, Arktika torpaqlarında havadan metanı təmizləyən mikroblar bu qazı istehsal edərək qlobal istiləşməni sürətləndirən mikrobları sıxışdırır.
Bu barədə "Communications Earth and Environment" jurnalında məqalə dərc edilib.
Məlumata görə, əbədi buzlaqların birbaşa üzərində yerləşən torpaq təbəqələrindəki mikroblar metabolizm üçün karbondan istifadə edir və onu metana çevirir. Metan isə qlobal istiləşməni gücləndirir. Əbədi buzlaqlar əridikcə daha çox karbon qazı buraxılır və bu da bəzən "metan bombası" adlanan istiləşmə effekti yaradır.
Lakin Arktika torpaqlarındakı mikroblara dair son araşdırma göstərir ki, bu "metan bombası" partlamaya bilər.
Alimlər Kanada, Qrenlandiya və Sibirdəki əbədi buzlaq torpaqlarında, eləcə də buzların əridiyi torpaqlarda yaşayan mikrobları araşdırıblar. Elm adamları Arktikada metan istehsal edən mikroblardan daha çox metan yeyən mikrobların ola biləcəyini aşkar ediblər. Bu o deməkdir ki, Arktika torpaqları effektiv şəkildə karbon uducusuna çevrilə bilər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?