ASCO “Rəsul Rza” gəmisini əsaslı təmirdən sonra istismara qaytarıb
ASCO “Rəsul Rza” gəmisini əsaslı təmirdən sonra istismara qaytarıb
“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) beynəlxalq sularda üzən “Rəsul Rza” quru yük gəmisinin əsaslı təmiri başa çatıb.
Təmir prosesi qardaş Türkiyənin Tuzla şəhərində yerləşən “Giysan” tərsanəsində həyata keçirilib.
İşlər çərçivəsində gəminin baş və köməkçi mühərrikləri, nasoslar və digər mexanizmləri yenidən baxışdan keçirilib. Bununla yanaşı, boru və elektrik sistemlərinin quraşdırılması, avtomatika və gövdə qaynaq işləri icra olunub.
Gəminin sualtı və suüstü hissələri abraziv qumla təmizlənərək yenidən boyanıb. Yaşayış və xidməti otaqlar tam şəkildə təmir edilərək müasir tələblərə uyğunlaşdırılıb. Yük anbarları da təmizlənib və rənglənib.
Bundan əlavə, xilasetmə vasitələri və yanğın avadanlıqları üzrə müvafiq texniki müayinələr aparılıb.
Təmir işləri tamamlandıqdan sonra “Rəsul Rza” gəmisi bütün texniki yoxlamalardan uğurla keçib və istismara verilib. Hazırda gəmi növbəti səfərinə hazırlaşır.
Qeyd edək ki, “Rəsul Rza” 2016-cı ildən Azərbaycan bayrağı altında xarici sularda üzür. Gəminin uzunluğu 108,33 metr, eni 16,74 metr, yükgötürmə qabiliyyəti isə 5200 tondur.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma