Asiya İnkişaf Bankı CAREC regionuna 10 mlrd. dollar yatırım edəcək
Asiya İnkişaf Bankı CAREC regionuna 10 mlrd. dollar yatırım edəcək
Asiya İnkişaf Bankı (AİB) 2030-cu ilə qədər CAREC regionuna 10 milyard dollar yatırım edəcək.
Bu barədə Asiya İnkişaf Bankının (AİB) Prezidenti Masato Kanda bildirib.
AİB rəhbərinin sözlərinə görə, Bank 2030-cu ilə qədər CAREC ölkələrində regional əlaqəlilik, təmiz enerji, rəqəmsal transformasiya və inklüziv infrastrukturun inkişafı üçün 10 milyard dollardan çox vəsait ayırmağı planlaşdırır. O bildirib ki, 2001-ci ildən bəri CAREC tərəfdaşları ilə birlikdə 54 milyard dollarlıq investisiya portfeli formalaşdırılıb, bunun 19 milyard dolları AİB-in maliyyələşdirməsi və həm-maliyyələşdirməsi hesabınadır.
M.Kandanın açıqlamasına görə, AİB 2025–2028-ci illərdə CAREC Koridoru 2 üzrə ticarət, nəqliyyat və logistikanın inkişafı üçün 7 ölkədə 18 layihəyə 4 milyard dollar səfərbər edəcək. Enerji sahəsində isə Tacikistandakı Rogun və Qırğızıstandakı Kambarata-1 hidroelektrik layihələrinin irəliləyişi üçün 800 milyon dollardan çox vəsait yönəldilir.
AİB həmçinin Azərbaycan, Qazaxıstan və Özbəkistanda Orta Asiyadan Avropaya təmiz enerji ixracı üçün strateji layihə hesab olunan Xəzər Yaşıl Enerji Koridorunun iqtisadi əsaslandırması tədqiqatını maliyyələşdirir.
Bankın digər proqramları çərçivəsində Qırğızıstan və Tacikistana iqlim risklərinə qarşı dayanıqlığın artırılması üçün 56 milyon dollarlıq qrant, həmçinin suvarma və su ehtiyatlarının möhkəmləndirilməsi məqsədilə “Buzlaqlardan Fermalara” təşəbbüsü üzrə 3,5 milyard dollar həcmində yeni investisiya paketi nəzərdə tutulub.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"