Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
Qazaxıstanın paytaxtı Astanada Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşəbbüsü ilə təşkil edilən mərasim diaspor nümayəndələrini, gəncləri və ictimaiyyəti bir araya gətirib.
Assosiasiyasının Astana filialının sədri Baxış Quliyev çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların birliyi və həmrəyliyinin rəmzi olduğunu vurğulayıb.
Görüş zamanı diasporun və Assosiasiyasının gənclər qanadının fəal üzvlərinə Azərbaycan-Qazaxıstan dostluq əlaqələrinin inkişafına verdikləri töhfəyə görə təşəkkürnamələr təqdim edilib.
Tədbir Qazaxıstan və Azərbaycan mahnılarının səsləndirildiyi konsert proqramı ilə başa çatıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu