Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb
Avqustun 13-də gözlənilən hava şəraiti açıqlanıb
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-24°, gündüz 29-33° dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24°, gündüz 30-35°, dağlarda gecə 10-15°, gündüz 18-23° dərəcə isti olacaq.
Oxşar -Yeniinfo.az
Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb
Kəlbəcər və Laçına qar yağıb
Sentyabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 22-i Azərbaycana payız gələcək
Sentyabrın 10-da gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb
Sentyabrın 8-də gözlənilən hava şəraiti açıqlanıb