Avro ilə bağlı YENİ QƏRAR
Avro ilə bağlı YENİ QƏRAR
Avropa Parlamenti (AP) rəqəmsal avronun yaradılması layihəsini təsdiqləyərək, bununla da valyutanın 2029-cu ilin yanvarında dövriyyəyə buraxılması üçün təsisatlararası danışıqların yekun mərhələsinə yol açıb.
Yeni info.az-a Modern.az xəbər verir ki, bu barədə "European Conservative" məlumat yayıb.
"Rəqəmsal avro 169 "əleyhinə" səsə qarşı 416 "lehinə" səslə təsdiqlənib", - materialda deyilir.
Avropa İttifaqı (Aİ) Şurası, AP və Avropa Komissiyası 2026-cı ilin sonunadək layihənin yekun parametrlərini razılaşdırmalıdır, bundan sonra Avropa Mərkəzi Bankı 2027-ci ildə məhdud sınaqlara başlamağı planlaşdırır.
Hazırda elektron ödənişlər Visa, Mastercard, American Express özəl beynəlxalq operatorları, eləcə də PayPal, Apple Pay və Google Pay rəqəmsal xidmətləri vasitəsilə həyata keçirilir. Aİ vətəndaşların və müəssisələrin yalnız özəl operatorlara deyil, həm də ictimai Avropa ödəniş infrastrukturuna çıxışının olmasını istəyir.
Brüsseldə bildirirlər ki, rəqəmsal avro Aİ-nin strateji muxtariyyətini gücləndirməli və Amerika ödəniş sistemlərindən asılılığı azaltmalıdır, eyni zamanda o, nağd pulları əvəz etməyəcək, onlarla yanaşı istifadə olunacaq.
Əsas xidmətlər pulsuz olmalıdır. İnsanlar hesablar aça, vəsaitləri saxlaya və idarə edə biləcəklər. Mühüm ideyalardan biri ondan ibarətdir ki, rəqəmsal avro avtonom rejimdə işləyə bilər.







Oxşar -Yeniinfo.az
Afrika haqqında mənfi xəbərlər qitəyə milyardlarla dollar ziyan vurur
Zakir Həsənov Ərdoğanla birlikdə kursantların buraxılış mərasimində
Laçında su elektrik stansiyalarının açılışı oldu
İlham Əliyev monqolustanlı həmkarını təbrik etdi
Bakıda iki motosiklet toqquşdu: sürücü öldü
Sabirabadda məktəb yandı
Suda batan 16 yaşlı yeniyetmənin meyiti tapıldı
Masallıda atdan yıxılan 49 yaşlı kişi öldü