Avropa ölkələri Rusiya-ABŞ danışıqlarının təfərrüatlarını bilmək istəyir
Avropa ölkələri Rusiya-ABŞ danışıqlarının təfərrüatlarını bilmək istəyir
Vaşinqtonun müttəfiqi olan Avropa ölkələri Rusiya və ABŞ arasında Ukrayna münaqişəsinin həlli üzrə məsləhətləşmələrin təfərrüatlarını öyrənmək istəyirlər.
Bu barədə “The Atlantic” jurnalında dərc olunan məqalədə deyilir.
Məqalədə qeyd olunur ki, Avropa rəsmiləri Rusiya prezidenti Vladimir Putinin bağlı qapılar arxasında ABŞ tərəfinə nə vəd etdiyi, ABŞ rəsmilərinin Moskva ilə məsləhətləşmələrdən nə əldə etdikləri və bunun sülhə nail olmaq səylərinə necə təsir etdiyi ilə bağlı heç bir məlumatları yoxdur.
"Putinin ABŞ-ın xüsusi nümayəndəsi Stiven Uitkoffa və ya ABŞ prezidenti Donald Trampa nə dediyi və onların onu düzgün başa düşüb-düşmədiyi aydın deyil. Bu, hamımızın həll etməyə çalışdığımız bir sirdir", - Avropa rəsmilərindən biri jurnala açıqlaması zamanı deyib.
Jurnal onu da qeyd edir ki, Avropa ölkələri Rusiya tərəfinin Ukraynadakı böhranının həlli ilə bağlı qarşıya qoyduğu şərtləri də başa düşmək istəyirlər.







Oxşar -Yeniinfo.az
İran hava məkanını açdı
Lavrov Türkiyəyə gəldi
Zaporojyedə partlayış baş verdi
ABŞ Almaniyaya 11,9 milyard dollarlıq hərbi texnika göndərir
Pakistandan müjdə: İşlərin 80 faizi yekunlaşıb, bundan sonra..
İranla danışıqlar yalnız orada keçiriləcək - Tramp
Trampın NATO hədəsi: AB təlimlərə başlayır...
İran müharibəsi: ABŞ-ın bir yolu qalıb...