Avropada yay fəsli uzanır və istiləşir
Avropada yay fəsli uzanır və istiləşir
Avropada yay fəsli uzanır və istiləşir. Alimlərin proqnozlarına görə, 2100-cü ilə qədər bu müddət 42 gün artacaq.
Tədqiqatçılar müasir müşahidələri təbii arxivlərlə - Avropa göllərindəki qədim lil təbəqələri ilə müqayisə ediblər. Bu çöküntülər 10.000 il ərzində mövsümi iqlim dəyişikliklərini qeydə alır və yay mövsümün sərhədlərinin necə dəyişdiyini anlamağa imkan verir.
Əsas amil Arktika və ekvatorda temperatur arasındakı fərqin zəifləməsi olub. Bu, Şimal qütbü ilə ekvator arasındakı temperatur kontrastını zəiflədir. Küləklər zəifləyir və istiqamətini dəyişir ki, bu da öz növbəsində yay mövsümünü uzadır.
İqlim alimlərinin fikrincə, temperatur kontrastının hər bir dərəcə zəifləməsi Avropaya təxminən altı əlavə yay günü bəxş edir. Bu isə o deməkdir ki, qitə 21-ci əsrin sonuna qədər 42 əlavə isti gün qazana bilər.







Oxşar -Yeniinfo.az
Şahbaz Şərif: İran rəhbərliyi sülhə sadiqdir
Vens İranla bağlı yayılan xəbərlərə aydınlıq gətirdi
Zelenskidən Lukaşenkoya: "Üzr istəyirəm"i özünə saxla!
Şaradan Trampa: Livana ordu göndərilməyəcək!
Tramp yenə Melonidən yazdı
Ucuz dronlar Qərbin ənənəvi strategiyasını darmadağın edir
Moskvaya hücum: Putin niyə susur?
Ukrayna-Polşa gərginliyi: Rusiya bundan nə qazanır?