Avropanın Ukrayna böhranı üzrə planının detalları açıqlandı
Avropanın Ukrayna böhranı üzrə planının detalları açıqlandı
Rusiya və Ukrayna arasında sülh nizamlanmasının Avropa variantı Ukrayna Silahlı Qüvvələrinə məhdudiyyətlərin qoyulmasını nəzərdə tutmur.
Bu barədə "The Washington Post" nəşri əldə olunan sənədin surətinə istinadən xəbər verir.
Avropa İttifaqı (Aİ) liderləri öz layihələrini ABŞ-nin təqdim etdiyi 28 bəndlik plana cavab olaraq hazırlayıblar. Həmin planının bəndlərindən biri Ukrayna ordusunun sayının 600 min nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutur.
Nəşr Avropa planının digər müddəalarına da yer verib. Buna əsasən, Ukrayna Zaporojye Atom Elektrik Stansiyasına (AES) və Kaxovka Su Elektrik Stansiyasına (SES) nəzarəti bərpa edəcək.
Bundan başqa, Ukrayna Dnepr çayı boyunca "maneəsiz keçid" və Kinburn dili üzərində nəzarət əldə edəcək (Kinburn yarımadasında Dnepr-Buq limanı ilə Yaqorlitski körfəzi arasında yerləşən quru zolağı, 2022-ci ilin yayından Rusiya qüvvələrinin nəzarəti altındadır), digər ərazi məsələləri isə atəşkəsdən sonra həll ediləcək.
ABŞ isə təklif edir ki, Zaporojye AES Beynəlxalq Atom Enerjisi Agentliyinin nəzarəti altında fəaliyyətə başlasın və istehsal olunan elektrik enerjisi Rusiya və Ukrayna arasında 50:50 nisbətində bölünsün.
ABŞ-nin planına əsasən, Krım, Luqansk və Donetsk faktiki olaraq Rusiya ərazisi kimi tanınacaq, Xerson və Zaporojye vilayətlərində sərhədlər isə təmas xətti üzrə "dondurulmuş" şəkildə qalacaq.







Oxşar -Yeniinfo.az
Ukrayna qoşunları beş kəndi azad etdi
Yer kürəsi yavaşlayır, günlər uzanır
İran İraqa qaz tədarükünü bərpa edəcəkmi?
Hərəkətsizlik xərçəng riskini artırırmı?
Putin Zaporojye AES-lə bağlı mövqeyini elan etdi
Meloninin xəbərdarlığı: 2026-da bizi nə gözləyir?
Yaponiya Nazirlər Kabineti rekord müdafiə xərcləri olan büdcə layihəsini təsdiqləyib
KİV: Kaliforniyada əlverişsiz hava şəraiti səbəbindən üç nəfər ölüb