Telefon
WhatsApp
Avstraliya hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb
300 X 250 Reklam Alanı

Avstraliya İkinci Dünya müharibəsinin başa çatmasından bəri ilk dəfə hərbi gücünü genişmiqyaslı şəkildə artırmağa başlayıb.

Yeni info.az-a "Report"un məlumatına görə, bunu Avstraliyanın müdafiə naziri Riçard Marlz Sinqapurda keçirilən "Şanqri-La Dialoqu" təhlükəsizlik forumunda çıxışı zamanı bəyan edib.

O, bu addımı təhlükəsizlik sahəsində vəziyyətin pisləşməsi və Hind-Sakit okean regionunda təhdidlərin artması ilə izah edib.

"Avstraliya müdafiə qüvvələri hazırda sərt güc transformasiyasından keçir. Müdafiə büdcəmizin 40 %-dən çoxu dəniz imkanlarının inkişafına yönəldilir", - Marlz bildirib.

Onun sözlərinə görə, Kanberra AUKUS tərəfdaşlığı çərçivəsində atom sualtı qayıqlarını, yeni esminsləri, freqatları və pilotsuz dəniz platformalarını əhatə edən yenidən silahlanma proqramını həyata keçirir.

Nazir Avstraliyanın İkinci Dünya müharibəsinin bitməsindən bəri ən mürəkkəb və təhlükəli strateji vəziyyətlə üzləşdiyini bəyan edib. O, sualtı infrastrukturun zədələnməsini, Cənubi Çin dənizindəki gərginliyi, İran ətrafındakı vəziyyəti və "kölgə donanması"nın fəaliyyətini əsas təhdidlər adlandırıb.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150