Telefon
WhatsApp
Avstraliyada qədim meteorit
300 X 250 Reklam Alanı

100 milyon ildən əvvəl Avstraliya ərazisinə düşmüş qədim meteorit özü ilə "qızıl yağışı" gətirib.

Oxu.Az Yeni info.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

Kosmik cismin toqquşma izləri diametri dörd kilometrdən çox olan və əvvəllər məlum olmayan kraterdə aşkar edilib. Bu ərazi Kalqurli şəhərindən 50 kilometr şimalda, qızıl yataqları ilə zəngin bölgədə yerləşir. Qızıl yataqları axtaran geoloq Rayza Kinteronun rəhbərlik etdiyi ekspertlər qrupu dairəvi zonada Yerin qravitasiya sahəsində anomaliyalar qeydə alıb.

Qazıntılar zamanı alimlər zərbənin süxurları əridəcək və kristalları deformasiyaya uğradacaq qədər güclü olduğunu sübut edən dəlillər tapıblar. Tədqiqatçıların sözlərinə görə, toqquşma nəticəsində havaya qızıl tərkibli qırıntılar atılıb. Yeni tapılan kraterə müvəqqəti olaraq "Ora-Banda" adı verilib.

Yer üzündə bu cür meteorit kraterlərinə çox nadir hallarda rast gəlinir. Bu kəşf nəzərə alınmaqla, Avstraliyada təsdiqlənmiş meteorit kraterlərinin ümumi sayı 34-ə çatıb. Onların yaşı bir neçə min ildən 2.2 milyard ilə qədər dəyişir

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150