Avtomobil mühərrikini məhv edən səhv
Avtomobil mühərrikini məhv edən səhv
Avtomobil yağını fəsilə görə seçmək bəzi hallarda mühərrik üçün zərərli ola bilər.
Mütəxəssislərin sözlərinə görə, xüsusi "qış yağları"na yalnız ekstremal şaxtaların müşahidə olunduğu bölgələrdə ehtiyac yaranır. Belə ki, temperaturun tez-tez -35 dərəcədən aşağı düşdüyü ərazilər istisna olmaqla, əksər hallarda mövsümə uyğun ayrıca yağ seçiminə zərurət yoxdur.
Avtomobil ustası Ruslan Əliyevin sözlərinə görə, keçmişdə istifadə olunan mineral yağlar temperatur dəyişikliklərinə qarşı daha həssas olub. Lakin müasir dövrdə istehsal edilən sintetik və yarımsintetik yağlar həm yay istisində, həm də qış soyuğunda öz keyfiyyətini qoruyub saxlayır. Onun fikrincə, əsas məsələ yağın fəsilə görə deyil, avtomobil istehsalçısının tövsiyələrinə uyğun seçilməsidir. Yanlış yağ seçimi isə mühərrikin sıradan çıxmasına qədər ciddi problemlərə yol aça bilər.
Mütəxəssislər vurğulayırlar ki, mühərrikin uzunömürlü olması üçün diqqət mövsümə deyil, texniki qulluq müddətlərinə yönəldilməlidir. Filtrlərin vaxtında dəyişdirilməsi və yalnız orijinal məhsullardan istifadə mühərrikin qorunmasında əsas rol oynayır.







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı