Telefon
WhatsApp
300 X 250 Reklam Alanı

ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff və ABŞ liderinin kürəkəni Cared Kuşner Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı danışıqlar çərçivəsində tərəflərdən güzəştlər əldə etmək məqsədi ilə həm Moskvaya, həm də Kiyevə təzyiq göstərirlər.

Bunu ABŞ-nin "Axios" portalının müxbiri Barak Ravid yazıb.

Ukrayna lideri Volodimir Zelenski daha əvvəl Uitkoff və Kuşnerlə söhbət aparmış və onu "uzun və məzmunlu" adlandırmışdı. "Axios"un jurnalisti anonim mənbələrə istinadən bildirib ki, tərəflər ərazi məsələlərini və ABŞ-nin Ukraynaya verəcəyi təminatları müzakirə ediblər.

Mənbələrdən birinin sözlərinə görə, ərazi müzakirələri çətin keçib. Rusiya hələ də Ukraynadan Donbasın onun nəzarətində olan hissəsindən qoşunlarını çıxarmağı tələb edir.

"Amma ABŞ bu problemi aradan qaldırmaq üçün yeni ideyalar üzərində işləməyə çalışır", – "Axios"un digər mənbəsinə istinadən qeyd olunub.

Digər tərəfdən, ABŞ və Ukrayna təhlükəsizlik təminatları məsələsində əhəmiyyətli irəliləyiş əldə edib və razılaşmaya yaxınlaşıb. Lakin materialda vurğulanıb ki, "hər iki tərəfin təhlükəsizlik təminatı layihəsini oxşar şəkildə şərh etməsi" üçün əlavə iş tələb olunur.

Anasayfa Reklam Alanı 1 728x90

0 Şərh

Hələ Şərh yoxdur! İlk şərh yazan siz olun

Şərh Göndər

Zəhmət olmasa bütün sahələri doldurun!

300 X 250 Reklam Alanı

Reklam

300 X 250 Reklam Alanı

Valyuta Məzənnəsi

Yüklənir...
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150
Sidebar Alt Kısım İkili Reklam Alanından İlki 150x150