Ayn əl-Əsəd hava bazası İraq ordusunun nəzarətinə keçib
Ayn əl-Əsəd hava bazası İraq ordusunun nəzarətinə keçib
İraq ordusu ABŞ qüvvələrinin geri çəkilməsinin ardından beynəlxalq koalisiya tərəfindən istifadə edilən Ayn əl-Əsəd hava bazasına tam nəzarəti ələ keçirib.
Bu barədə İraq Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, əməliyyata Baş Qərargah rəisi Əbdül Əmir Rəşid Yarallah rəhbərlik edib. Baş Qərargah rəisi bazada müxtəlif bölmə və birləşmələrin yerləşdirilməsini təmin edib.
Xatırladaq ki, Ayn əl-Əsəd hava bazası İraqın qərbindəki Ənbar əyalətində yerləşir.







Oxşar -Yeniinfo.az
Şərif elan etdi: Atəşkəs hər yerdədir - İranda, Livanda…
ABŞ tam və qəti qələbə qazanıb - Tramp
Tramp bizi buna məcbur edir - İspaniya XİN
Heqset Trampa İranla bağlı yalan danışırmış
Ukrayna savaşına Avropa səbəb oldu - Vens
Dünyada sülh üçün böyük gündür - Tramp
Tramp İranla danışıqlara onları göndərir
İran və Oman Hörmüzə görə rüsum alacaq