Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub
Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığının cari gündəliyi və perspektivləri müzakirə olunub
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüşdə Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri, hazırda ATƏT-in üzləşdiyi çağırışlar, regional və beynəlxalq təhlükəsizlik məsələləri, bölgədəki mövcud vəziyyət, eləcə də Azərbaycan-Ermənistan sülh prosesi müzakirə olunub.
Avropada təhlükəsizliyin ciddi çağırışlarla üzləşdiyi hazırkı dövrdə beynəlxalq hüquq normalarının, xüsusilə suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi prinsiplərin qeyd-şərtsiz tətbiqinin təşviq edilməsinin vacibliyi qeyd olunub.
Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Vaşinqton sammitinin nəticələri, ölkəmizin sülh prosesi çərçivəsində gözləntiləri barədə qarşı tərəfi məlumatlandırıb.
İşğal dövrünün qalıqları olan Minsk Prosesi və əlaqədar strukturların ləğvinin ATƏT-in fəaliyyətinin effektivliyi, habelə regional reallıqlara uyğun şəkildə işin təşkili baxımından vacibliyi vurğulanıb və əldə olunmuş nəticə təqdir olunub.
Görüş zamanı həmçinin, ATƏT çərçivəsində qarşılıqlı maraq doğuran məsələlər və geniş regionda təhlükəsizlik vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"