Azərbaycan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 10 ölkə ilə sazişlər imzalayıb
Azərbaycan BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində 10 ölkə ilə sazişlər imzalayıb
BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində 23-25 sentyabr tarixləri aralığında Azərbaycanla 10 ölkə arasında bir sıra sənədlər imzalanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsinin yekunlarına dair "X" hesabında etdiyi paylaşımda qeyd olunub.
Bildirilib ki, Maldivlə ümumvətəndaş; Anqola, Cibuti, Dominikan (həm də rəsmi) və Surinamla diplomatik və xidməti; Bəhreynlə diplomatik və Qvineya-Bisau ilə diplomatik, xidməti və xüsusi pasporta malik vətəndaşların vizadan azad edilməsi üzrə sazişlər imzalanıb.
Qeyd olunub ki, siyasi məsləhətləşmələr üzrə Benin və Qambiya ilə Anlaşma Memorandumu, Ekvador ilə isə protokol imzalanıb.







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?