Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəyə siyasi möhür vurdu
Azərbaycan döyüş meydanında əldə etdiyi qələbəyə siyasi möhür vurdu
Prezident İlham Əliyev Azərbaycan mediasına ənənəvi illik müsahibəsində 2025-ci ili ölkə tarixinin dönüş ili kimi qiymətləndirib.
Dövlət başçısı bildirib ki, ötən il Ermənistan-Azərbaycan müharibəsinə siyasi müstəvidə son qoyulub və Azərbaycan artıq sülh şəraitində yaşamağa başlayıb. Prezident vurğulayıb ki, avqust ayında ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona baş tutan səfəri zamanı 907-ci düzəlişin aradan qaldırılması ilə bağlı siyasi qərar qəbul olunub, strateji işçi qrupu yaradılıb, Zəngəzur dəhlizi məsələsi beynəlxalq səviyyədə təsdiqlənib.
Dövlət başçısı çıxışında Azərbaycanın xarici siyasət uğurlarına da toxunub. Çinlə hərtərəfli strateji tərəfdaşlıq, D-8 təşkilatına üzvlük, Mərkəzi Asiya Məşvərət Şurasına tamhüquqlu qəbul və Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq bu uğurlar sırasında yer alıb.
Prezident İlham Əliyev xarici siyasətin əsas istiqamətlərindən biri kimi Çin Xalq Respublikası ilə münasibətlərin strateji əhəmiyyətini xüsusi vurğulayıb. Onun sözlərinə görə, son iki il ərzində Azərbaycanla Çin arasında strateji və hərtərəfli strateji tərəfdaşlıq sənədlərinin imzalanması real iqtisadi nəticələr verib.
Prezident Qarabağ və Şərqi Zəngəzurun bərpasının Azərbaycanın əsas milli prioritetlərindən biri olduğunu bildirib. Dövlət başçısı Böyük Qayıdışa dair birinci Dövlət Proqramının ardıcıl və planlı şəkildə icra edildiyini vurğulayıb.







Oxşar -Yeniinfo.az
Un istehsalçılarının topdansatış qiymətləri açıqlandı
İnsan Yerdən ilk dəfə bu qədər məsafədə uzaqlaşdı
Həcc ziyarəti üzrə kvota artıq 95 faiz tamamlandı
Mədə yanması və qastriti olanlar hansı çayı içsin?
Bakıda ev çökdü: qadın xəsarət aldı
Bakıdan toydan qayıdan ailə Oğuzda qəzaya düşdü
Suçəkmə işləri gecə saatlarında fasiləsiz davam etdirildi
Xəzər dənizində yenidən zəlzələ oldu