Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz daşımalarına vahid tarif tətbiq edəcək
Azərbaycan, Gürcüstan və Qazaxıstan Orta Dəhliz daşımalarına vahid tarif tətbiq edəcək
"Azərbaycan və Gürcüstan təkcə fiziki infrastrukturun deyil, həm də inzibati və hüquqi mexanizmlərin təkmilləşdirilməsinə xüsusi diqqət yetirir".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov 5-ci Tbilisi İpək yolu forumunun açılış mərasimində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq şəraitində vahid tarif siyasətinin formalaşdırılması, gömrük və sərhəd prosedurlarının sadələşdirilməsi, multimodal daşımaların təşviqi istiqamətində mühüm addımlar atılır:
"Bunun təsdiqi olaraq bu ayın əvvəlində Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu operatorları Orta Dəhliz üzrə daşımalar üçün vahid uzunmüddətli tarifin tətbiqinə dair razılıq əldə ediblər".
Əli Əsədov qeyd edib ki, tərəflər liman, dəmir yolu və logistika infrastrukturunun təkmilləşdirilməsi, mövcud darboğazların aradan qaldırılması, rəqəmsallaşdırmanın genişləndirilməsi və dəhlizin ötürücülük qabiliyyətinin artırılması üçün birgə addımlar atmağa razılaşıblar.
"Əminik ki, birgə səylərimiz regionun nəqliyyat və logistika potensialının tam reallaşdırılmasına, ticarət dövriyyəsinin və investisiya axınının artmasına, habelə Avrasiya məkanında iqtisadi əlaqələrin möhkəmlənməsinə töhfə verəcək", - deyə Baş nazir əlavə edib.







Oxşar -Yeniinfo.az
ABŞ Ticarət Palatası: "Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir"
Vestasın Qlobal Liderliyi və Azərbaycanın Külək Enerjisində Strateji Tərəfdaşlıq İmkanları
“Moody’s” Azərbaycanda iqtisadi artımla bağlı proqnozunu açıqlayıb
Çindən Orta Dəhliz vasitəsilə ilin ilk qatarı Azərbaycana doğru yola düşüb
Azərbaycandan fındıq alan ölkələr məlum oldu: Rusiya və Almaniya liderdirlər
Mənzil almaq istəyənlərə ŞAD XƏBƏR
Mikayıl Cabbarov Zeev Elkin ilə görüşüb
Ağ Evdə Azərbaycanla enerji interkonnektorları və data mərkəzlərinin yaradılması müzakirə edilib