Azərbaycan nə vaxt sülh yolu ilə Qarabağ məsələsinin həllinə ümidləri itirdi? - Elmar Məmmədyarov DANIŞDI
Azərbaycan nə vaxt sülh yolu ilə Qarabağ məsələsinin həllinə ümidləri itirdi? - Elmar Məmmədyarov DANIŞDI
"2004-cü ildə Praqada aparılan danışıqlarda əsas məqsəd Ermənistanın Azərbaycan torpaqlarından sülh yolu ilə çıxması olub".
Bunu Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov İctimai Televiziyada yayımlanan "Təmas xətti" verilişində 2003-2004-cü illərdə Ermənistanla aparılan danışıqları şərh edərkən deyib.
"2004-cü ildə Praqada həm həmsədrlərlə, həm də Ermənistanın xarici işlər naziri ilə görüşlər zamanı biz ilk növbədə dedik ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri əsas götürülsün. Onların əsasında elə bir mexanizm qurulmalı idi ki, Ermənistan sülh yolu ilə Azərbaycan torpaqlarından öz qoşunlarını çıxarsın", - deyə sabiq nazir qeyd edib.
Elmar Məmmədyarov həmin dövrdə baş verən Praqa prosesinin mahiyyətinin müstəqillik, suverenlik və ərazi bütövlüyü prinsiplərinə əsaslandığını vurğulayıb:
"Bizim mövqeyimiz ondan ibarət idi ki, müstəqillik, suverenlik və ərazi bütövlüyü çərçivəsində danışıqlar aparılsın. Vaxtilə ulu öndər Heydər Əliyevin dediyi kimi, Qarabağda yaşayan ermənilərə ən yüksək səviyyədə muxtariyyət verməyə hazır idik, amma Azərbaycanın ərazi bütövlüyü daxilində. Müzakirələr "Madrid prinsipləri" modelinə əsaslanırdı".
Sabiq nazir əlavə edib ki, o dövrdə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryan arasında görüş zamanı tərəflər arasında fikir ayrılıqları yaranıb:
"Cənab Prezident mənə bildirdi ki, dünya Ermənistanın ərazi bütövlüyü çərçivəsində mövqe tutmasını istəyir, Koçaryan da bunu başa düşdü. Buna görə də o, prosesdən imtina etməyə başladı, amma bunu açıq şəkildə etmirdi, qorxurdu. Çünki Rusiyadan, ABŞ-dən və Fransadan təzyiqlər var idi. Həmsədrlər gedişatı uzatmaq istəyirdilər - sanki sonsuz bir prosesə çevirmək niyyətində idilər".
Elmar Məmmədyarov həmçinin Ermənistanın ozamankı xarici işlər naziri Edvard Nalbandyanla Parisdə keçirilən görüşü xatırladığını deyib:
"Nalbandyan mənə dedi: "İnan, Elmar, bizə çox təzyiq var ki, Ermənistan Qarabağın müstəqilliyini tanısın". Mən isə cavab verdim: "Əgər tanımaq istəyirsinizsə, tanıyın, amma sonra ABŞ, Rusiya və Fransanın üzünə necə baxacaqsınız?" Çünki bu, sülh prosesinin tam dayanması demək olardı".







Oxşar -Yeniinfo.az
Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq
Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider”
ABŞ Azərbaycana bu missiyaya qoşulmağı təklif edib - Hikmət Hacıyev
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Prezidentin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb
Azərbaycan–Monteneqro Birgə Komissiyasının növbəti görüşünün vaxtı açıqlanıb