Azərbaycan Polisi-108 İllik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
Azərbaycan Polisi-108 İllik şərəf, fədakarlıq və dövlətçilik məktəbi
İyulun 2-si Azərbaycan Polisi Günüdür. Bu il Azərbaycan polisi özünün yaranmasının 108-ci ildönümünü qeyd edir. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən əsası qoyulan polis orqanları ötən 108 il ərzində dövlətçiliyimizin qorunmasında, ictimai asayişin təmin edilməsində, qanunun aliliyinin bərqərar olunmasında və milli təhlükəsizliyimizin möhkəmləndirilməsində mühüm rol oynamışdır.
Bu gün Azərbaycan Polisi yalnız hüquq-mühafizə orqanı deyil, həm də dövlətimizin müstəqilliyinin, suverenliyinin və konstitusiya quruluşunun etibarlı dayaqlarından biridir. Xalqla dövlət arasında etimad körpüsü rolunu oynayan polis orqanları peşəkarlıq, vətənpərvərlik və sədaqət prinsiplərinə əsaslanaraq fəaliyyət göstərir. Azərbaycan polisinin keçdiyi şərəfli xidmət yolunda Qarabağ uğrunda aparılan mübarizə xüsusi yer tutur. Birinci Qarabağ müharibəsi illərində polis əməkdaşları yalnız daxili təhlükəsizliyin təmin olunması ilə kifayətlənməmiş, eyni zamanda ön cəbhədə erməni işğalçılarına qarşı qəhrəmanlıqla vuruşmuşlar. Həmin dövrdə yüzlərlə polis əməkdaşı şəhidlik zirvəsinə yüksəlmiş, çoxsaylı əməkdaşlar yaralanaraq sağlamlıqlarını Vətən yolunda qurban vermişlər.
2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi Azərbaycan polisinin fədakarlıq salnaməsinə yeni şanlı səhifələr yazdı. Polis əməkdaşları həm döyüş bölgələrində, həm də arxa cəbhədə üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdilər. Azərbaycanın tarixi Zəfərinin əldə olunmasında onların xidmətləri danılmazdır. Vətən müharibəsi zamanı ön cəbhədə döyüşən hərbçilərimiz və polis əməkdaşlarımız arxada ailələrinin, yaxınlarının və bütün xalqımızın təhlükəsizliyinin etibarlı əllərdə olduğuna əmin idilər. Çünki ölkə daxilində sabitliyi, ictimai asayişi və təhlükəsizliyi qüdrətli Azərbaycan Polisi qoruyurdu. Bu amil ön xətdə döyüşən qəhrəmanlarımız üçün böyük mənəvi dayaq və əlavə güvən mənbəyi olmuşdur.
2023-cü ilin sentyabr ayında həyata keçirilən 23 saatlıq lokal antiterror tədbirləri zamanı da Azərbaycan polisi dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası prosesində mühüm rol oynadı.







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər