Azərbaycan Prezidenti: "2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə səkkiz giqavat güc əldə etməyi gözləyirik"
Azərbaycan Prezidenti: "2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə səkkiz giqavat güc əldə etməyi gözləyirik"
İqtisadiyyatın şaxələndirilməsi ölkəmiz üçün birinci prioritetdir. Praktik baxımdan bu gün biz bərpaolunan enerji sahəsinə artan marağı görürük.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində "Azərbaycan rəhbərliyi ilə səhər yeməyi" adlı tədbirdə müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarının cavabında deyib.
Artıq iki iri bərpaolunan enerji stansiyasının istismara verildiyini və növbəti altı il ərzində Günəş və külək enerjisi üzrə istehsal gücünün əhəmiyyətli dərəcədə artırılacağını qeyd edən dövlətimizin başçısı vurğulayıb: "2032-ci ilə qədər Günəş və külək enerjisi üzrə 8 giqavat güc əldə etməyi gözləyirik. Günəş və külək potensialımız çoxdur və biz böyük imkanlar görürük. Biz artıq bir neçə layihə üzrə müqavilələr bağlamışıq və hazırda enerji saxlanması üçün güclərin qurulması barədə düşünürük".







Oxşar -Yeniinfo.az
Bu şəhərimizdə əsrlər sonra ilk məscid tikiləcək
İlham Əliyev Gürcüstan Prezidenti ilə təkbətək görüşüb
Yağışlı havanın yarada biləcəyi çətinliklər aradan qaldırılır - ADY
Bu əraziyə 1 metr 24 sm qar yağdı
Yağış nə vaxta kimi davam edəcək?
Prezident və xanımı Gürcüstana getdi
Azərbaycanda 3 liman bağlandı
Qusarda sel elektrik dirəklərini dağıtdı