Azərbaycan Prezidenti: "Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb"
Azərbaycan Prezidenti: "Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb"
"Azərbaycan Orta Dəhliz üzərində yerləşən nəqliyyat infrastrukturuna, xüsusilə də dəniz limanına, gəmiqayırma zavoduna, dəmir yolu və digər logistik infrastruktura böyük investisiyalar yatırıb".
Bu barədə Prezident İlham Əliyevin Xəzər Siyasət Mərkəzinin təşkilatçılığı ilə keçirilən "Orta dəhliz boyunca: bağlantı, maliyyə və enerji" mövzusuna həsr olunmuş 6-cı Xəzər Biznes Forumunun iştirakçılarına müraciətində deyilir.
Qeyd olunub ki, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Xəzər yük donanması - bütün bunlar Orta Dəhlizin funksionallığını təmin edən vacib nəqliyyat infrastrukturlarıdır.
"Orta Dəhlizin Azərbaycan seqmentində infrastrukturun təkmilləşdirilməsi, rəqəmsallaşdırılması, modernləşdirilməsi və ötürücülük qabiliyyətinin genişləndirilməsi prosesi hazırda da davam etməkdədir.
Son üç ildə Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımalarının həcmi təxminən 90 faiz artıb, yüklərin keçid müddəti əhəmiyyətli dərəcədə azalıb. Aparılmış hesablamalara əsasən, 2030-cu ilədək Orta Dəhlizin yükdaşıma qabiliyyətinin 2021-ci il ilə müqayisədə üç dəfə artacağı, yüklərin keçid müddətinin isə iki dəfə azalacağı gözlənilir", - deyə dövlət başçısı vurğulayıb.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"