Azərbaycan və Böyük Britaniya gələcək tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Böyük Britaniya gələcək tərəfdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan və Böyük Britaniya arasında gələcək tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirin I müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Böyük Britaniyanın Biznes və Ticarət Nazirliyinin ölkə üzrə direktoru Aleksandr Tirelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iki ölkə arasında iqtisadi və maliyyə sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri, eləcə də cari ilin aprel ayında Londonda keçirilmiş Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının Protokolunda nəzərdə tutulan müddəaların icrası müzakirə edilib.
Görüş zamanı investisiyaların təşviqi, vergi və gömrük sahəsində əməkdaşlıq, kənd təsərrüfatı və qida təhlükəsizliyi üzrə qabaqcıl texnologiyaların tətbiqi, o cümlədən biznes dairələri arasında daha sıx əlaqələrin qurulması imkanları diqqət mərkəzində olub. Həmçinin, rəqəmsal transformasiya, maliyyə texnologiyaları və peşəkar xidmətlər sahəsində təcrübə mübadiləsi məsələlərinə toxunulub.
A.Kərimov qeyd edib ki, iqtisadi modernləşdirmə və şaxələndirmə Azərbaycanın uzunmüddətli inkişaf prioritetləri sırasındadır və Böyük Britaniya ilə bu sahədə əməkdaşlıq ölkənin yeni çağırışlara uyğunlaşmasına əlavə imkanlar yaradır.
Öz növbəsində, A.Tirel birgə layihələr və təşəbbüslərin vacibliyini vurğulayaraq ikitərəfli münasibətlərin inkişafında Hökumətlərarası Komissiyanın mühüm rolunu qeyd edib.







Oxşar -Yeniinfo.az
Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq
Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider”
ABŞ Azərbaycana bu missiyaya qoşulmağı təklif edib - Hikmət Hacıyev
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Prezidentin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb
Azərbaycan–Monteneqro Birgə Komissiyasının növbəti görüşünün vaxtı açıqlanıb