Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir
Azərbaycan və BƏƏ xüsusi təyinatlılarının birgə təlimi keçirilir
İkitərəfli əməkdaşlıq planına əsasən, ölkəmizdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri (XTQ) və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezident Qvardiyasının Xüsusi Əməliyyat Komandanlığı bölmələrinin iştirakı ilə "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi keçirilir.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Oktyabrın 21-də təşkil edilən təlimin təntənəli açılış mərasimində Azərbaycanın və BƏƏ-nin şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin Dövlət himnləri səsləndirilib, Dövlət bayraqları qaldırılıb.
Tədbirdə Xüsusi Təyinatlı Qüvvələr komandanı general-mayor Ələkbər Cahangirov çıxış edərək qeyd edib ki, təlimin əsas məqsədi ölkələrimizin XTQ mənsubları arasında əməkdaşlığın genişləndirilməsi, praktiki vərdişlərin təkmilləşdirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və hərbi qulluqçularımızın peşəkar inkişafına xidmət etməkdir.
Təlim iştirakçıları real döyüş şəraitinə uyğunlaşdırılmış ssenarilər üzrə qarşılıqlı koordinasiya və idarəetmə bacarıqlarını praktiki olaraq inkişaf etdirəcəklər.
Taktiki fəaliyyətlər zamanı iştirakçılar manevr qabiliyyətini, çeviklik və liderlik vərdişlərini təkmilləşdirəcək, eləcə də hər iki ölkənin xüsusi təyinatlılarının təcrübəsindən bəhrələnərək, tətbiq edilən forma və üsulları mənimsəyəcəklər.
Sonra təlim iştirakçıları üçün yaradılmış şəraitə baxış keçirilib.
Qeyd edək ki, zirehli texnika, ordu aviasiyası və pilotsuz uçuş aparatlarının cəlb edildiyi "Sarsılmaz Tərəfdaşlıq-2025" birgə XTQ təlimində bölmələr döyüş taktikaları üzrə atəş, desantlaşma, snayper fəaliyyəti, düşmən obyektlərinin sıradan çıxarılması, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzuları üzrə təlim-döyüş tapşırıqlarını yerinə yetirəcəklər.







Oxşar -Yeniinfo.az
"Ulduz" stansiyası ətrafında yol təmiri nə vaxt bitəcək? - Video
Qapını açanda görüblər ki, uşaq oradadır, kül vəziyyətindədir" - Siyəzəndəki hadisənin TƏFƏRRÜATI
Bakıda sıxlıq olan küçələrin SİYAHISI - 26.12.2025
Üç ildir itkin düşən şəxsin qətlə yetirildiyi məlum oldu: Cinayətkar meyiti basdıraraq üstündə it damı tikib
Çox vaxt "BakıKart"da pulumuz olmurdu" - Avtobuslarda yeni ödəniş sistemi işə düşdü
İki ildir təmir edilməyən körpü uçdu, sürücü faciəli şəkildə həlak oldu
İlham Əliyev Ağdamdan hansı mesajları verdi?
Azərbaycanla Türkiyə arasında hərbi təhlükəsizliklə bağlı sənəd TƏSDİQLƏNDİ