Azərbaycan və Ermənistan indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edib.
Azərbaycan və Ermənistan indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edib
Azərbaycan və Ermənistan indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edib.
Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyannamədə əksini tapıb.
“Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik”,-deyə sənəddə qeyd edilib.
Həmçinin sənəddə bildirilib ki,biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik.







Oxşar -Yeniinfo.az
Aİ-nin təsnifatı əsasında yeni milli “İqtisadi fəaliyyət növləri təsnifatı” hazırlanacaq
Saakaşvili İlham Əliyevi təbrik etdi: “Azərbaycanı qlobal siyasətin subyektinə çevirən lider”
ABŞ Azərbaycana bu missiyaya qoşulmağı təklif edib - Hikmət Hacıyev
Kolumbiya səfirinin Azərbaycandakı diplomatik fəaliyyəti başa çatıb
İlham Əliyev Rusiyadakı bu görüşdə iştirak etməyəcək
İlham Əliyevin Sankt-Peterburqa səfər etməməsinin səbəbləri açıqlandı
Prezidentin Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etməməsinin səbəbləri açıqlanıb
Azərbaycan–Monteneqro Birgə Komissiyasının növbəti görüşünün vaxtı açıqlanıb