Azərbaycan və İraq arasında ikinci konsulluq məsləhətləşmələri baş tutub
Azərbaycan və İraq arasında ikinci konsulluq məsləhətləşmələri baş tutub
Dekabrın 8-də Bağdad şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İraq Respublikasının Xarici İşlər Nazirliyi arasında ikinci konsulluq məsləhətləşmələri keçirilib.
Bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, İraq Respublikasının nümayəndə heyətinə isə İraq Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Falah Abdulhassan rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün tərəfdaş ölkə olan İraq Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub.
Məsləhətləşmələr çərçivəsində iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, zəruri konsulluq yardımının göstərilməsi, bu istiqamətdə müvafiq ikitərəfli müqavilə bazasının təkmilləşdirilməsi ətrafında fikir mübadiləsi aparılıb.
Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə təcrübə mübadiləsi aparan tərəflər, həmçinin iki ölkə arasında miqrasiya, daxili işlər, ədliyyə, o cümlədən hüquqi yardım və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.







Oxşar -Yeniinfo.az
Azərbaycan Prezidentinin Əbu-Dabidə Ermənistan Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib
Bakıya planlaşdırılan uçuş İrana görə ləğv olundu
Azərbaycan-İsrail biznes forumu keçiriləcək
Bu şəxslərin pensiyası arta bilər
Bakıda yeraltı keçid iki aydır bağlıdır: Sakinlər çıxılmaz vəziyyətdə
Prezident: Elmi inkişaf etdirmək istəyiriksə, sadəcə, elmi işçiləri işlə təmin etmək yox, islahatlara getməliyik
Prezident: Azərbaycan qlobal səviyyədə ən təhlükəsiz məkanlardan biri hesab edilə bilər
Prezident: "Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli, bəlkə də, bütövlükdə ölkəyə tətbiq edilə bilər"