Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub
Azərbaycan və Rumıniya arasında strateji tərəfdaşlıq müzakirə olunub.
APA Yeni info.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial media hesabında paylaşım edib.
“Rumıniyalı həmkarım Marius Lazurca ilə məhsuldar görüşüm oldu. O, Azərbaycana səfər edir. Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı və ənənəvi dostluğu bir daha təsdiqləyərək, ikitərəfli əlaqələrimizin daha da dərinləşdirilməsi üçün geniş imkanları müzakirə etdik. Coğrafi baxımdan Cənubi Qafqaza ən yaxın olan Aİ üzvü olan Rumıniya əməkdaşlığımızda mühüm yer tutur. Siyasi, iqtisadi, enerji, müdafiə, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri barədə fikir mübadiləsi apardıq. Fəal siyasi və təhlükəsizlik dialoqumuzu davam etdirmək barədə razılığa gəldik”, - paylaşımda qeyd edilib







Oxşar -Yeniinfo.az
Avro ilə bağlı YENİ QƏRAR
Amerkalılar Zəngəzur dəhlizinin keçəcəyi ərazidə oldular
Bakıda Azərbaycan və Serbiyanın hərbi mütəxəssisləri arasında görüş keçirilib
Bakının bəzi küçələrində velosiped və skuter idarə edənlərin təhlükəsizliyi təmin edilib
Azərbaycan Rusiya ilə Samur çayının su ehtiyatlarının bölüşdürülməsini müzakirə edib
Zəngəzur dəhlizi ilə bağlı sənədlər hazırlanır - Nazir
Alimlərdən maraqlı araşdırma: ən ağıllı adamlar..
İnfarkt və insulta səbəb olan əsas yeməklər