Azərbaycan və Vatikan arasında Memorandum imzalanacaq
Azərbaycan və Vatikan arasında Memorandum imzalanacaq
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 26-da Vatikana səfər edəcək.
Komitədən Yeni İnfo-ya verilən məlumata görə, səfər çərçivəsində Vatikan şəhərində “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyası arasında dinlərarası dialoq sahəsində Anlaşma Memorandumu”nun imzalanması planlaşdırılır.
Memorandum hər iki qurumun səlahiyyətləri çərçivəsində dinlərarası dialoqun təşviqi məqsədilə əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur. Sənədin imzalanmasında əsas məqsəd mədəni və dini irsin qorunması, habelə dini təhsil müəssisələri arasında əməkdaşlığın, dinlərarası dialoqun qlobal səviyyədə təşviqi istiqamətində əlaqələrin dərinləşdirilməsinə töhfə verməkdən ibarətdir.
İyulun 30-dək davam edəcək səfər çərçivəsində Müqəddəs Taxt-Tacın rəsmiləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.
Oxşar -Yeniinfo.az
Azərbaycan və Vatikan arasında Memorandum imzalanacaq
Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşdığına görə Trampa təşəkkür edib
“Teatrın Sehrli Qapısı: Mənim və Sənin Daxili Səyahətimiz”
“8 Noyabr” Elektrik Stansiyası və Yaşıl Keçid Strategiyasında Rolu.
“Gəncəm, amma yorğunam”: Psixoloji yorğunluğun səbəbləri və çıxış yolları