Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır
Azərbaycanda adı olmayan yaşayış məntəqəsi: 300 nəfər rəsmi statusdan kənarda yaşayır
Tovuzda təxminən 300 nəfərin yaşadığı ərazinin adı yoxdur.
Bu ərazi Qəribli kənd inzibati ərazi dairəsinə tabedir. Sakinlərin sözlərinə görə, burada hələ Sovet dövründən bəri yaşayış mövcuddur. Müstəqillik illərində isə bir qrup ailə dağlıq ərazidən arana köçərək burada məskunlaşıb.
Yaşayış məntəqəsində təbii qaz, elektrik enerjisi, internet və rabitə xətləri mövcuddur. Lakin rəsmi statusunun və adının olmaması, sakinlərin gündəlik həyatını xeyli çətinləşdirir.
Sakinlər bildirirlər ki, əvvəllər burada uşaq bağçası, tibb məntəqəsi fəaliyyət göstərib, lakin indi heç biri yoxdur:
"Kəndimizin nə adı var, nə də statusu. Dəfələrlə müraciət etmişik ki, bu kəndə rəsmi ad verilsin, amma heç bir nəticə yoxdur".
Yaşayış məntəqəsi Qəribli kəndindən təxminən 7 kilometr məsafədədir. Buna görə də sakinlər adi sənəd üçün belə uzaq məsafə qət etməli olurlar. Məktəb olmadığı üçün uşaqlar yaxınlıqdakı 140 saylı kənd məktəbində oxumağa məcburdurlar.
Məsələ ilə bağlı Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, Azərbaycan Respublikasının ərazi quruluşu prinsiplərinə əsasən, kiçik ərazi vahidlərinin daha böyük inzibati vahidlərin tərkibində qalması məqsədəuyğundur. Buna görə də Qəribli kəndinin tərkibində olan həmin yaşayış məntəqəsinin ayrıca kənd kimi tanınması və adlandırılması planlaşdırılmır.







Oxşar -Yeniinfo.az
Bu ailələrə pulsuz üç otaqlı ev veriləcək
Elektromobillər bahalaşır - benzinli maşınlar da ucuzlaşmır
Hər gün bir ovuc yeyin: Böyrək daşlarını atmağa kömək edir!
Paytaxtda yaşayış binasında güclü yanğın olub
Azərbaycandan Ukraynaya göndərilən generatorlar İrpinə təhvil verilib
Nəsimi rayonundakı qəzalı evlər söküləcək - Sakinlərə təzminat ödəniləcək?
Alimlər uşaq allergiyaları haqqında məşhur mifi təkzib etdilər
Yer kürəsinin ən böyük hidrogen ehtiyatı nüvəsində gizlənib - Araşdırma