Azərbaycanda bəzi rayonlara yağış yağır, Murova qar düşüb
Azərbaycanda bəzi rayonlara yağış yağır, Murova qar düşüb
Noyabrın 16-sı saat 9:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 16-sı saat 9:00-a olan məlumatına əsasən bəzi yerlərdə arabir yağış, Murovdağ yüksəkliyinə isə zəif qar yağıb.
Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Xaçmaz, Quba, Zərdab, Biləsuvarda 1 mm-dək qeydə alınıb.
Biləsuvar, Cəfərxan, Şəmkir, Şəki, Şamaxı, Xaltan, Yevlax, Göyçay, Lerik, Daşkəsən, Göygöl, Qax, İsmayıllı, Qobustan, Altıağacda duman müşahidə olunub.
Görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 18, Naxçıvan MR 17, Aran rayonlarında 19, dağlıq rayonlarda 11 dərəcəyədək isti qeydə alınıb.







Oxşar -Yeniinfo.az
Aprelin 4-də gözlənilən hava şəraiti
Aprelin 3-də gözlənilən hava şəraiti
Aprelin 2-də gözlənilən hava şəraiti
Aprelin 1-də gözlənilən hava şəraiti
Martın 31-də gözlənilən hava şəraiti
Martın 30-da gözlənilən hava şəraiti
Martın 29-da gözlənilən hava şəraiti
Martın 28-də gözlənilən hava şəraiti