Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
2026-cı ildə Azərbaycanda gömrükdə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sistemi tətbiq ediləcək.
Modern.az Yeni info.az xəbər verir ki, ilin sonunadək bununla bağlı normativ hüquqi baza təkmilləşdiriləcək.
Belə ki, Dövlət Gömrük Komitəsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-cı il dekabrın 1-dək gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması məqsədilə normativ hüquqi bazanı təkmilləşdirilməlidir.
Qeyd edək ki, gömrük məqsədləri üçün beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin qurulması Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Etibarlı Tərəfdaş Konsepsiyası”nda öz əksini tapıb.
Konsepsiyada Dövlət Gömrük Komitəsinə İqtisadiyyat Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə 2026-2028-ci illərdə daşıyıcılara dair normativ hüquqi bazanın təkmilləşdirilməsi, malların və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılış məntəqələrindən sürətli keçidinin təmin olunması və çevik gömrük nəzarətinin həyata keçirilməsi məqsədilə beynəlxalq daşımalarda əvvəlcədən məlumatlandırma sisteminin hazırlanması, daşıyıcılar tərəfindən əvvəlcədən təqdim olunan məlumatların gömrük sisteminə inteqrasiyasının təmin edilməsi tapşırılıb.







Oxşar -Yeniinfo.az
Azərbaycanda gömrüklə bağlı daha bir YENİLİK
Bibiheybət yolunda bərpa işləri aparılır
Əsl təbii şokoladla saxtanı necə ayırd edək?
Bakıda bu avtobusların hərəkət istiqaməti dəyişdi
Tiflis prospektində yeni qayda: qırmızı işıqda dönmək olar
Qazaxda 74 yaşlı kişi faciəvi şəkildə öldü
Xəzər dənizi üzərində 9 PUA vuruldu
Buraxılış imtahanlarının nəticələri nə vaxt açıqlanacaq?